Şimali Koreyanın nüvə başlıqlarının sayı açıqlandı

Şimali Koreyanın nüvə başlıqlarının sayı açıqlandı

Hazırda Şimali Koreya 30-35 ədəd nüvə başlığına sahib ola bilər. 

7news.Az "İnterfaks”a istinadla xəbər verir ki, bu fikirləri ABŞ və Şimali Koreya liderlərinin görüşü ərəfəsində Rusiya Strateji Raket Qüvvələri Baş Qərargahının sabiq rəhbəri, general-polkovnik Viktor Yesin deyib. 

"KXDR-in nüvə silah kompleksi il ərzində yeddiyədək nüvə başlığı hazırlaya bilər”, - o deyib və qeyd edib ki, buna paralel olaraq, ölkədə nüvə silahlarının çatdırılma vasitələri inkişaf etdirilir. 

"2017-ci ilin noyabrında Şimali Koreya "Xvason -15” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib”, - Yesin bildirib. 

Martın əvvəlində KXDR bəyan edib ki, nüvə silahından imtina etməyə və ABŞ-la danışıqlara başlamağa hazırdır. 

Sonuncu dəfə Şimali Koreya 2017-ci il noyabrın 28-də raket sınağı keçirib. 

7news.Az

Xəbər lenti