Siyavuş Novruzov: “Buna imkan verməməliyik”

Siyavuş Novruzov: “Buna imkan verməməliyik”

"Ümummilli lider hakimiyyətə gəldikdən sonra bütün qonşularla korlanan münasibətlər yenidən quruldu və bu gün də bu siyasət uğurla, balanlaşdırılmış şəkildə davam etdirilir”.

7News.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Azərbaycanı istəməyən qüvvələrin aranı qatmaq istədiyini deyən deputata söyləyib ki, bu gün ermənilərin əli ilə ölkəmizə qarşı müxtəlif addımlar atılır:

 

"Bu il ərzində bir neçə xarici, aparıcı, eləcə də qonşu ölkələrin rəhbərləri Azərbaycana səfər edib, biznes forumlar keçirilib, sənədlər imzalanıb. Bura Rusiya, Almaniya, Türkiyə və digərləri daxildir. Biz atdığımız addımlarımızla qurulan münasibətlərə xələl gətirməməli, anti-Azərbaycan ab-havasının yaradılmasına imkan verməməliyik”.

S.Novruzov qeyd edib ki, hazırda həssas dövrdür: "Hesab edirəm ki, burada oturan hər bir şəxs öz dövlətini sevən insanlardır. Biz öz əməli fəaliyyətimizlə prezidentin apardığı xarici siyasətə xələl gətirməməliyik”.

7News.Az

Xəbər lenti