"Sizin ananızı, nəslinizi..." - 1200 avroluq qızarmış ət qalmaqalı - VİDEO - FOTO

Almaniyanın "Bavariya" (Münhen) klubunun fransız yarımmüdafiəçisi Frank Riberi ilə bağlı qalmaqal davam edir.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, futbolçu "Salt Bae" kimi tanınan türk Nüsrət Gökçənin Birləşmiş Ərəb Əmirliklərindəki "Nusr-Et" restoranında olub.

Riberi restoranda 1200 avroya "qızıl steyk" sifariş verib. Bu steyk hazırlanan zaman ətin üzərinə qızıl tozu vurulur.

Futbolçu restoranda çəkdirdiyi fotoları İnstagram-da və Twitter-dəki profillərində paylaşandan sonra sosial şəbəkələrin istifadəçiləri Riberini sərt tənqid ediblər.

Onları xüsusilə sinirləndirən məqam Riberinin restoranda adi yox, "qızıl" steyk sifariş verməsi olub.

 

Frank Riberi tənqidçilərə çox sərt cavab verib, onları təhqir edib: "2019-cu il yırtıq prezervativ nəticəsində doğulmuş paxıl heyterlərlə başlanır. Sizin ananızı, nənənizi, bütün nəslinizi... Sizə əsla heç nə borclu deyiləm. Həyatda hər şeyə Allah, özüm və mənə inanan insanlar sayəsində nail olmuşam", - Frank Riberi Twitter-dəki profilində yazıb.

"Bavariya" rəhbərliyi Riberini tərbiyəsiz davranışa görə böyük məbləğdə cərimələyib.

"O, "Bavariya" üçün yolverilməz sözlər yazıb. Frank belə ifadələrdən istifadə edə bilməz. Onunla danışdım və dedim ki, cəzalanacaq. O da cəzasını qəbul etdi", - "Bavariya"nın idman direktoru Həsən Salihamiciç deyib.

"Bavariya"nın bəyanatında isə vurğulanır ki, Riberi restorana reklam kampaniyası çərçivəsində gedib və steykə görə 1200 avro ödəməyib.

7News.Az


Məşhur futbolçu Nüsrəti öpdü

Xəbər lenti