SMS göndər qeydiyyatla bağlı xidmət haqqını və icra vəziyyətini, eləcə də dövlət əmlakının icarə haqqı borcunu öyrən

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar zamanı dərhal məlumat almaq imkanı yaradır. Bu informasiyanı almaq isə olduqca sadədir. Məlumatı əldə etmək üçün internet tələb edilmir. Bu zaman 9193 SMS nömrəsi sizin köməyinizə çatır. Qeyd edilməlidir ki, daşınmaz əmlakla bağlı bir sıra əməliyyatlar komitənin 3 SMS xidməti vasitəsilə həyata keçirilir. Belə xidmətlər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələb olunan xidmət haqqını və icra vəziyyətini öyrənmək mümkündür. Eyni zamanda vətəndaş dövlət əmlakının icarəyə verilməsi ilə bağlı dövlət əmlakının istifadəsi müqabilində verilən icarə haqqı borcu haqqında informasiyanı əldə edə bilər.
Bu əməliyyatların yerinə yetirilməsi üçün vətəndaşın uzun prosedurdan keçməsinə ehtiyac qalmır. Belə ki, sadəcə çıxarış almaq üçün müraciət üzrə bildiriş nömrəsi və ya dövlət əmlakının icarə müqavilə kodu 9193-ə göndərilməlidir. Xüsusi olaraq portalda və ya səhifədə qeydiyyatdan keçmək, elektron imza almaq və ya digər internet prosedurlarını həyata keçirmək tələb olunmur. Yalnız mobil telefonun olması xidmətlərdən istifadə üçün yetərlidir. Bu isə vətəndaş məmnunluğunu artırmaqla onların vaxt itkisinin qarşısını alır. Nəticədə geniş əhali kütləsi və biznes qurumları rahat və operativ qaydada SMS xidmətlərindən yararlana bilirlər.
Komitənin belə xidmətləri istifadəyə verməsində başlıca məqsədi fəaliyyət sahələrində şəffaflığın səviyyəsini daha da yüksəltmək, xidmətlərdə əlçatanlığı, funksionallığı və operativliyi təmin etməkdir Eyni zamanda sosial məmnunluğu artırmaq, vətəndaş rahatlığını təmin etmək, məmur-vətəndaş ünsiyyətini minimuma endirmək, müasir dövrün tələbinə uyğun innovasiyaların tətbiqini genişləndirmək də əsas vəzifələrdəndir.
İstənilən vətəndaş daşınmaz əmlakına dair çıxarış almaq üçün müraciət etdikdə bildiriş nömrəsi əldə edir. Daha sonra şəxs həmin nömrəni 9193-ə SMS göndərməklə tələb olunan xidmət haqqı məbləğini dərhal öyrənə bilir. Eyni zamanda, bu SMS xidməti vətəndaşın daşınmaz əmlakın qeydiyyatı üçün, rüsum da daxil olmaqla, tələb olunan xərci müəyyən etməsini təmin edir. Dövlət rüsumunun məbləği dəyişməz olsa da, xidmət haqqının məbləği Tarif Şurasının qərarına əsasən hesablanır və əmlakın ölçüsünə, yerləşdiyi zonaya və digər göstəricilərə görə dəyişir. Xidmət haqqının son məbləği qeydiyyat prosesində dəqiqləşir. SMS xidmət isə bu məbləği ərazi qeydiyyat idarəsinə getmədən öyrənməyə imkan verir. Vətəndaş həmin məbləği bank və ya elektron qaydada ödədikdən sonra hazır çıxarışı əldə edir. Xidmət haqlarını ərazi qeydiyyat idarələrində, o cümlədən respublika ərazisində quraşdırılmış elektron ödəniş terminallarından ödəmək imkanları da yaradılıb.
Digər SMS xidmət vətəndaşın çıxarış alması üçün müraciətinin icra vəziyyətinin hansı mərhələdə olmasını müəyyən etməyə imkan verir. Belə ki, vətəndaş ona verilən bildiriş nömrəsini SMS-lə 9193-ə göndərərək müraciətinin icra vəziyyəti barədə məlumatı dərhal almış olur. Bu məlumatlar vasitəsilə vətəndaş qeydiyyat prosesinin mərhələlərini mobil qaydada izləmiş olur. SMS məlumatda çıxarışın hazır olma tarixi göstərilir. Vətəndaşın bu məlumatı əldə etmək üçün qurumun özünə gəlməsinə, çağrı mərkəzinə zəng vurmasına ehtiyac qalmır. Qeydiyyat prosesi qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam edir və çıxarış bu müddətin sonunda hazır olur.
Komitənin dövlət əmlakının icarəsi ilə bağlı da SMS xidməti fiziki və hüquqi şəxslərin istifadəsindədir. Bu xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradır. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, Komitə tərəfindən bütün icarəçilərə ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir.
Qeyd edilməlidir ki, hazırda komitənin fəaliyyət sahələri üzrə 37 elektron xidmət vətəndaşların istifadəsindədir. Bunlardan 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.
Xəbər lenti
-
11:38Azər Həsrət: “Ağzına və ağlına gələni danışır”
-
11:38Axtarışda olan Salyan sakini xəstəxanadan qaçıb
-
11:34Rusiyalı nazir İlham Əliyevlə danışıqlarda
-
11:31İkinci “İlhamə Quliyeva” gəlir – VİDEO
-
11:30Abid Şərifov: Xəstəxanada nə işim var?
-
11:24BMT baş katibi: “Soyuq müharibə” qayıtdı
-
11:17Yardımlı sakini ata və oğul tərəfindən baltalanıb - FOTO
-
11:14Azərbaycanda daha bir nazir işdən çıxarıldı
-
11:10Bu gün AŞPA-nın yaz sessiyası başlayır
-
11:03Şimali Koreyada qəza: Onlarla ölən var
-
10:56Morqan Friman nəvəsi ilə cinsi əlaqədə ittiham olunur
-
10:49Manatın bu günə olan məzənnəsi
-
10:42Zahid Oruc: Hökumətin yeni tərkibdə formalaşması qaçılmaz idi
-
10:40Oqtay Şirəliyev vəzifə başındadır
-
10:35Neftin son qiymətləri
-
10:28Şəhriyar Məmmədyarov: Məğlubiyyət məni daha da güclü edəcək
-
10:21Bakıda kütləvi dava zamanı kişi öz əmisini bıçaqlayıb
-
10:18Həbs olunan “Quska” Bakı aeroportunda – FOTO
-
10:14Şimali Koreyada 30 turist həlak oldu
-
10:07Burada bakirələrin ərə getməsi qadağandır - QƏRİBƏ TOY ADƏTLƏRİ
-
10:00Mənzildən qadın meyiti tapıldı
-
09:56Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə
-
09:50Dünyanın ən böyük təyyarəsi uçuşa hazırlaşır – FOTO
-
09:45Bu gün keçmiş MTN generallarına hökm oxunacaq
-
09:40Xərçəngin səkkiz növünü müəyyən edən üsul tapıldı
-
09:30Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
-
00:29SON DƏQİQƏ: Bakı Şəhər İcra Hakimiyyətində QADIN RƏHBƏR
-
23:32YAP Pirallahı rayon təşkilatı idman turniri keçirib
-
23:19Son dəqiqə! Hüseyn Abdullayev saxlanılaraq Azərbaycana gətirildi
-
22:58Sürücülərin diqqətinə: Bu gecədən yollar bağlanır
-
22:53ŞOK: "Ermənilər Türklərlə qardaşdırlar , lakin Azərilər şeytanlıq edib aramızı vurmağa çalışırlar" - Adnan Oktar
-
22:41SON DƏQİQƏ: Abid Şərifovun vəziyyəti pisləşdi – ÜRƏYİ İLƏ BAĞLI
-
14:50Qaradağda palçıq vulkanı püskürüb – FOTO
-
14:39Yeni “Qaçqınkom” sədrindən ilk açıqlama: “Hesab edin ki, artıq bu məsələlər öz həllini tapıb”
-
14:33Qadın özünü qatarın altına atdı, başı bədənindən ayrıldı — Bakı metrosunda dəhşət + YENİLƏNİB
-
12:00Paytaxtda mənzildən kişi meyiti tapılıb
-
11:50MN: Ermənistan etirazlardan ictimaiyyəti yayındırmaq üçün yalan məlumatlar yayır
-
11:40Sumqayıtda FACİƏ: 2 nəfər dənizdə batdı
-
11:30“Titanik”də naharın menyusu 140 min dollara satılıb – FOTO
-
11:10“Barselona” 30-cu dəfə İspaniya Kubokunu qazandı
Digər xəbərlər
-
Texnologiya
“Nar”-dan autizmli uşaqlara dəstək aksiyası
-
Texnologiya
“Bakcell” əlil uşaqlar üçün inklüziv təhsil təşviq edir - FOTO
-
Texnologiya
“Nar” ADA Universiteti ilə əməkdaşlığı genişləndirir
-
Texnologiya
Cəlilabadda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi
-
Texnologiya
“Nar” NETTY-2018 milli internet mükafatının keçirilməsinə dəstək oldu
-
Texnologiya
Bakcell layiqli əməyi və iqtisadi artımı təşviq edir
-
Texnologiya
"Full" paketlərinə 50 minədək "Nar" abunəçisi qoşulub
-
Texnologiya
“Rixos” otellərində Bakcell “Ulduzum”la endirimlər
-
Texnologiya
“Nar” bölgələrdə LTE şəbəkəsini genişləndirməyə davam edir