SOCAR rəsmisi Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışdı

SOCAR rəsmisi Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışdı

Cənub Qaz Dəhlizi layihəsi həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa ölkələri üçün böyük əhəmiyyətə malikdir.

7news.Az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O qeyd edib ki, layihə üzrə milyard kubmetrlərlə qaz hasil etmək mümkündür:

"Amma onu nəql etmədən, satışını təşkil etmədən hasil olunan qazın əhəmiyyəti olmur. Böyük qaz ehtiyatlarımız, böyük potensialımız var. İndi isə yaradılan Cənub Qaz Dəhlizi ilə bu qazı beynəlxalq bazarlara çıxara biləcəyik”.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsindən bir çox ölkə bəhrələnəcək.

7news.Az

Xəbər lenti