“SOCAR Trading” STAR-a həm yüngül, həm də ağır növ neft göndərəcək - VİDEO

“SOCAR Trading” STAR-a həm yüngül, həm də ağır növ neft göndərəcək - VİDEO

"SOCAR Trading” şirkəti Türkiyənin İzmir şəhəri yaxınlığındakı STAR Neft Emalı Zavoduna (NEZ) həm yüngül, həm də ağır növ neft göndərəcək.

"Report” xəbər verir ki, bunu IX Azərbaycan-Rusiya Regionlararası Forumunun kuluarlarında jurnalistlərə şirkətin icraçı sədri Ədnan Əhmədzadə bildirib.

"Bu, "Urals", "Siberian Light", başqa yüngül və ağır tərkibli neft növləri ola bilər. İki ölkənin prezidentləri - İlham Əliyev və Vladimir Putinin haqqında danışdıqları "SOCAR Trading”lə "Rosneft” arasındakı sazişə gəlincə, bu sənədin Rusiyaya məxsus 1 mln. ton "Urals" neftinin STAR-a mütləq şəkildə göndərilməsini nəzərdə tutduğunu təsdiqləyə bilərəm”, - Ə.Əhmədzadə qeyd edib.

"SOCAR Trading”in icraçı sədri deyib ki, saziş bazar şərtləri ilə imzalanıb və neft qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində göndəriləcək.

Xatırladaq ki, sentyabrın 1-də "SOCAR Trading” və "Rosneft” bu ilin dekabr ayından Rusiyadan 1 mln. ton "Urals" markalı xam neftin STAR-a tədarükə başlanması barədə saziş imzalamışdı.

 

 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti