ŞOK: Heyvan nəcisindən salfet düzəldirlər - FOTO

ŞOK: Heyvan nəcisindən salfet düzəldirlər - FOTO

Çinin Sicuan əyalətində fəaliyyət göstərən "Qianvei Fenqshenq” kağız şirkəti "Nəhəng Pandaları Qoruma və Araşdırma” mərkəzi ilə birgə qəribə layihə həyata keçirib.

 

Şirkət ölkənin simvollarından olan pandaların nəcisindən və yediyi bambuk ağaclarının qalığından tualet kağızı, kağız və salfet istehsal edib.

Yaxın gələcəkdə "Panda nəcisi” (Panda Poo) adı altında satışa çıxarılacaq məhsulların qablaşdırılmasında bambuk ağacı yeyən panda təsviri verilib.

Şirkət Sicuandakı 3 pandanı həftədə bir neçə dəfə ziyarət edir və onların nəcislərini toplayır. Nəcislər qaynadıldıqdan sonra pasterizə edilir və kağıza çevrilir. Satışdan öncə isə bakteriya analizi aparılır.

Panda nəcisindən hazırlanan salfetlər 6,5 dollara satılacaq. Bu da məhsulun maya dəyərinin 10 qatı deməkdir.

Qeyd edək ki, pandalar bambuk ağacındakı şəkəri sovurur. Bu sırada da ağacın liflərini ayırır. Məhz bu mərhələ kağız istehsal edən şirkəti əlavə bir zəhmətdən azad edir. Pandalar gün ərzində 10 kq civarında nəcis verirlər./publika

7news.Az

Xəbər lenti