Şok kadrlar: narkobaronun anımında 5 nəfər güllələndi - VİDEO - FOTO

Şok kadrlar: narkobaronun anımında 5 nəfər güllələndi - VİDEO - FOTO

Meksikanın ən məşhur və qəddar narkobaronlarından olan Arturo Beltran-Leyvanın anım mərasimində faciə yaşanıb. Qəbristanlıqda dəfn mərasiminə yığışmış insanlara atəş açılıb, 5 nəfər həlak olub.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, faciə Sinaloa ştatının paytaxtı Kulyakan-Rosalesdəki "Humaya bağları"nda yaşanıb.

"Humaya bağları"nın cənubundakı qəbristanlığa iki offrouderdə yollanan qatillər anım mərasiminə yığışanları hədəfə alıblar. Həlak olanların hamısı Beltran-Leyvanın məzarı başında duranlardı.

Arturo Beltran-Leyva üç qardaşı ilə birlikdə "Leyva" narkokartelinə başçılıq edirdi. "Leyva" Meksikanın şimal-qərbində narkotik maddələrin daşınması və satışı ilə məşğuldur.

Bu kartel "El Çapo"nun karteli ilə "müttəfiq" idi. Lakin 2008-ci ildəki münaqişə nəticəsində onlar ayrılıblar.

48 yaşlı Arturo Bertran-Leyva 2009-cu ilin dekabrın 16-da, Meksikanın Hərbi-Dəniz Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin gerçəkləşdirdiyi əməliyyat zamanı atışmada həlak olub.

 

Məşhum narkobaronun qardaşlarının üçü də həbs olunublar.

53 yaşlı Hektor Beltran-Leyva və 47 yaşlı Alfredo Bertran-Leyva 2014-cü ildə tutulublar. Karlos Beltran-Leyva isə 2017-ci ildə yaxalanıb.

Üç qardaş ABŞ-a ekstradisiya olunmuşdular və indi Birləşmiş Ştatlardakı həbsxanalarda ömürlük cəza çəkirlər.

7News.Az

Şok kadrlar: narkobaronun anımında 5 nəfər güllələndi

Xəbər lenti