SON DƏQIQƏ: Ağdaşda polislə əhali arasında qarşıdurma – Video

 SON DƏQIQƏ:  Ağdaşda polislə əhali arasında qarşıdurma – Video

Ağdaş rayon Ləki kəndinin sakinlər avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Nəticədə polislə əhali arasında qarşıdurma baş verib.

Hadisənin detallarının açıqlanması üçün bizimyol.info-nun əməkdaşı Orta Ləki kəndinin polis sahə rəisi İsmayıl Məmmədovla əlaqə saxlayıb. O hadisə ilə bağlı açıqlama verməkdən imtina edib: "Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayın”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məzuniyyətdə olduğunu bildirib. Xidmətin rəis müavi Orxan Mansurzadə isə telefon zənglərinə cavab verməyib.

7News.Az

 

Xəbər lenti