SON DƏQİQƏ: İcra başçısı vəfat etdi

SON DƏQİQƏ: İcra başçısı vəfat etdi
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rasim Şərifov dünyasını dəyişib.

7NEWS.az xəbər verir ki, R.Şərifov 63 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, doğulduğu Hacıhətəmli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü R.Şərifov 1992-1993-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Xəbər lenti