SON DƏQİQƏ: “Quba Palace Hotel”də kanat qırıldı - 1 ölü, 4 yaralı + Foto

SON DƏQİQƏ: “Quba Palace Hotel”də kanat qırıldı - 1 ölü, 4 yaralı + Foto

Qubada 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən hadisə baş verib.

Xəbərə görə, "Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb. 

Kanatın qırılması nəticəsində avadanlıqda olan şəxslər zərblə yerə düşüblər. Otelin əməkdaşı, Quba rayon Amsar kənd sakini Rzayev Rüzgar Mürvət oğlu hadisə yerində həlak olub. 

 

Dörd yaralı isə xəstəxanaya yerləşdirilib. 

Hadisə kanatın trosunun qırılması səbəbindən baş verib./qafqazinfo

***

Yaralılardan iki nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1995-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu isə Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

7NEWS.az





Xəbər lenti