SON DƏQIQƏ: Azərbaycanda fəhlə yataqxanasında YANĞIN: 4 nəfər...

SON DƏQIQƏ:   Azərbaycanda fəhlə yataqxanasında YANĞIN: 4 nəfər...
Mingəçevir şəhərində fəhlə yataqxanasında yanğın baş verib.

7News.Az "Report"a istinadən xəbər verir ki, hadisə yataqxananın birinci mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və tüstüdən zəhərlənən 4 sakinə hadisə yerindəcə ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
 

7News.Az

Xəbər lenti