Soydaşlarımızın Rusiyadan qayıdışı nə vəd edir? – AÇIQLAMA

Soydaşlarımızın Rusiyadan qayıdışı nə vəd edir? – AÇIQLAMA
ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Xeyli Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsinə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyi ilə bağlı açıqlama verib. Eyni zamanda N. Xeyli yeni sanksiyaların maliyyə naziri Stiven Mnuçin tərəfindən bu gün elan edəcəyini də bəyan edib. Hazırda Rusiyanın milli valyutası ABŞ-ın antirusiya sanksiyaları fonunda ciddi şəkildə çökməkdədir.
 
Bu həm də həmin ölkədə işləyən soydaşlarımız üçün yeni problemləri gündəmə gətirib. Belə ki, Rus rublunun düşməsi isə soydaşlarımızın qazandıqları vəsaitlərin dəyərinin yarı-yarıya enməsinə səbəb olub. Bu səbəbdən də artıq Rusiyadakı soydaşlarımızın geri qayıdışı başlayıb ki, bu da Azərbaycan üçün də əlavə problemlər yarada bilər. Ümumiyyətlə, soydaşlarımızın Rusiyadan qayıdışı nə vəd edir?

Məsələylə bağlı fikirlərini BNEWS.az-la bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu sanksiyaların birbaşa olaraq Rusiyada yaşayan və işləyən azərbaycanlılara təsir göstərəcəyinə inanmadığını vurğulayıb: "Çünki sanksiyalar orda çalışan 100 minlərlə azərbaycanlılara qarşı deyil, sanksiyalar Rusiyada tanınmış oliqarxlara, rəsmilərə və diplomatlara qarşıdır. Düzdür içərilərində bir-iki nəfər azərbaycanlı iş adamı da var”.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalar Rusiya iqtisadiyyatını,ordakı insanların sosial vəziyyətini ağırlaşdırarsa, bu istər-istəməz Rusiyada yaşayan və işləyən azərbaycanlılar da təsir edəcək: "Belə ki, illik olaraq Rusiyada yaşayan soydaşlarımızın vətənə göndərdikləri pulun həcmi təxminən 2 milyard ABŞ dolları ətrafındadır. Bu da kifayət qədər böyük vəsaitdir. Yeni sanksiyalar Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi azalda bilər. Rusiyada yaşayan azərbaycanlılar digər millətlərdən fərqli olaraq artıq oturuşublar. Bu sanksiyalara görə, Azərbaycana qayıdası deyilər. Yalnız o halda bəziləri ölkəyə qayıda bilərlər ki, Rusiya iqtisadiyyatı bərbad vəziyyətə düşsün. Ümumiyyətlə, Rusiyada iqtisadi durum nə qədər ağır olsun, soydaşlarımız kütləvi şəkildə işlərini atıb biryolluq Azərbaycana köçməzlər”.
 
7news.Az

Xəbər lenti