“Sportinq” fanatları futbolçuları döydü – FOTO

“Sportinq” fanatları futbolçuları döydü – FOTO

Portuqaliyada 50-ə yaxın futbol azarkeşi Lissabonun "Sportinq” klubunun bazasına basqın edərək futbolçuları və baş məşqçini döyüb.

7news.Az xəbər verir ki, bu barədə "A Bola” məlumat yayıb.

Üzləri maskalanmış, başlıqda (kapyuşon) olan azarkeşlər futbolçuları və məşqçi heyətini geyinib soyunma otağında qəfil yaxalayıb.

Sosial şəbəkələrdə hücuma məruz qalmış forvard Bas Dostun başındakı sıyrıntıların şəkilləri yayılıb.  

Hücum nəticəsində eyni zamanda Yosip Mişiç, Rodriqo Batalya, Markos Akunya, Ruy Patrisiu, Vilyam Karvalyo kimi futbolçular, həmçinin baş məşqçi Jorje Jezuş xəsarət alıb.

Klubun və Portuqaliya Futbol Federasiyasının rəhbərliyi baş verənləri pisləyərək, günahkarların tapılaraq cəzalandırılmasını tələb edib.

 

7news.Az

Xəbər lenti