"Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Kids Fashion Show" keçirilib

"Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Kids Fashion Show" keçirilib.

7News.az-ın məlumatına görə, müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edib. Nümayişin mövzuzu “Yay kolleksiyası” olub.

Nümayişdə 63 model və 20 modelyer iştirak edib. Modellərin 35-i qız, 28-i oğlan olub.

Münsiflər heyətində Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, müğənnilər Natavan Həbibi, Elnur Məmmədov, Ceyhun Bakinskiy, model Könül Əziz və stilist Sevinc Seyidova təmsil olunublar.

Tədbirin layihə rəhbəri “Star Kids Group” şirkətinin hüquqi təmsilçisi Aygün Əliyevadır. Sonda iştirakçılar FƏXRİ DİPLOMLARLA təltif edildilər. 

Xəbər lenti