Stoltenberq Gürcüstana NATO-ya üzvlük vədi verdi

Stoltenberq Gürcüstana NATO-ya üzvlük vədi verdi

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO-Gürcüstan komissiyaları arasında ilk iclasdan 10 il ötür, bu müddətdə Tbilisi və alyans arasında sıx əməkdaşlıq qurulub. 

7news.Az xəbər verir ki, onun sözlərinə görə, NATO Tbilisinin avroatlantik istəklərini "tam dəstəkləyir”: "Gürcüstan NATO-nun üzvü olacaq”. 

Stoltenberq bildirib ki, təşkilat Gürcüstanın islahatlar yolunda əldə etdiklərindən məmnunluq duyur və Tbilisini eyni kursu davam etdirməyə çağırır. 

Baş katib həmçinin, ölkənin Qara dəniz bölgəsinin sabitliyində verdiyi töfhəsinə görə Gürcüstana təşəkkür edib. 

7news.Az

Xəbər lenti