'Strateji yol xəritəsi ölkəmizin gələcək inkişafının qarantıdır' - Azər Verdiyev

'Strateji yol xəritəsi ölkəmizin gələcək inkişafının qarantıdır' - Azər Verdiyev
7NEWS.az xəbər verir ki, bu barədə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarına münasibıt bildirərkən deyib: 'Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatları deməyə əsas verir ki, sənəd üzrə nəzərdə tutulmuş işlər ardıcıl və yüksək keyfiyyətlə icra olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə 2016 - 2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxış müəyyənləşib. 
Görülən işlər qarşıda duran problemlərin həllinə xidmət edəcək, bütün istiqamətlər üzrə davamlı inkişaf üçün baza formalaşdıracaq, ölkəmizin ümumi inkişafına, daha yaxşı yaşayış rifahına səbəb olacaq.'
 
7news.Az

Xəbər lenti