Sumqayıtda ƏMƏLİYYAT: Silah-sursat aşkarlandı

Sumqayıtda ƏMƏLİYYAT: Silah-sursat aşkarlandı

Ötən gün daxili işlər orqanları əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, yanvarın 31-də daxil olan əməliyyat məlumatları əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Kiçiknicatdan nömrəsi silinmiş, istifadəyə yararsız "Naqan" markalı tapança, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini Ədalət Məmmədovdan isə müvafiq sənədləri olmayan nömrəsi silnmiş "TOZ-16" markalı ov tüfəngi və 10 ədəd patron aşkar edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

7News.Az

Xəbər lenti