Sumqayıtda intihara cəhd: Ya mənimlə sevgili ol, ya da... – YENİLƏNİB

Sumqayıtda intihara cəhd: Ya mənimlə sevgili ol, ya da... – YENİLƏNİB

Sumqayıt şəhərində 22 yaşlı oğlan sevdiyi qıza görə özünü öldürmək istəyib. 

7news.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Tağıyev qəsəbəsində yaşayan 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirib.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qarın nahiyəsindən iki bıçaq xəsarəti alan Elxan Həmidli əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.

Məlum olub ki, Elxan Həmidli noyabrın 28-də günorta saatlarında sevdiyi qızla mübahisə edib. Qız Elxanı sevmədiyini, onunla ailə qurmaq istəmədiyini deyib.

Elxan Həmidli də bildirib ki, əgər onunla sevgili olmasa, özünü öldürəcək. Qız hədələrə əhəmiyyət verməyib. Evə gələn Elxan bıçaqla özünə xəsarət yetirib. Ailə üzvləri onu qan içində aşkarlayıb və təcili xəstəxanaya çatdırıblar.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

***

29.11.2017 10 :03

Sumqayıtda 22 yaşlı oğlan sevdiyi qıza görə intihara cəhd edib.

7news.Az-ın Report-a istinadən xəbərinə görə, şəhərin Tağıyev qəsəbə sakini, 1995-ci il təvəllüdlü Elxan Həmidli özünə bıçaqla xəsarət yetirərək intihar etmək istəyib.

O, ağır vəziyyətdə xəstəxanaya aparılıb, vəziyyəti ağırdır.

Araşdırmalar zamanı E.Həmidlinin sevdiyi qızdan ayrıldığı üçün intihar etmək istədiyi məlum olub.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

7news.Az

Xəbər lenti