Sumqayıtda şöbə rəisi yanacaqdoldurma məntəqəsində öldü – FOTO

Sumqayıtda şöbə rəisi yanacaqdoldurma məntəqəsində öldü – FOTO
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Şəhərin mərkəzində yerləşən yanacaqdoldurma məntəqəsinə daxil olan "KİA” markalı avtomobilin sürücüsü qəfil keçinib.
Hadisə yerinə dərhal polis və təcili yardım əməkdaşları çağırılıb. Aparılan araşdırmalar zamanı ölən şəxsin 1959-cu il təvəllüdlü Quliyev Rövşən olduğu məlum olub.
Şahidlərin sözlərinə görə, o, benzin doldurmaq üçün məntəqəyə daxil olub, avtomobili saxlayıb, mobil telefonuna baxdıqdan sonra qulağından qan gəlib və huşunu itirib.
Həmçinin mərhumun rayonlardan birində şöbə rəisi olduğu qeyd edilib.
Faktı Sumqayıt şəhər prokurorluğu araşdırır./xeberle.com
 

Sumqayıtda şöbə rəisi yanacaqdoldurma məntəqəsində öldü – FOTO

7news.Az

Xəbər lenti