RU
lombard
Süni qiymət artımının pərdəarxası
14:11
3992

Süni qiymət artımının pərdəarxası

21 dekabr  2015-ci  il  tarixdə  ölkəmizdə  baş  vermiş  manatın   devalvasiyası   azərbaycan  cəmiyyətində  insanların  bir-birinə  və   azərbaycan  dövlətçiliyinə  olan  münasibəti   qabarıq  şəkildə  özünü   biruzə   verdi,  belə  ki :

1)Dolların  məzənnəsinin  artması   banklara  ABŞ dolları ilə  kredit  borcları  olan minlərlə  adi  azərbaycan  vətəndaşlarını   təlatümə  saldı. Bir  an  içərisində  onların  borcları  50%  artdı,  çıblərində  olan  pulları  isə 50%  dəyərdən   düşdü. Minlərlə  adi  vətəndaş   faktiki  olaraq  həmin  gündən müflis   oldu.

2)Sadə  vətəndaş  nə  baş  verdiyini  başa   düşmək  istədiyi  zaman,   hüfuzlu  işbazlar  devalvasıyadan  məharətlə  istifadə  edərək,  “zəhmətsiz  qazanc”   əldə  etmək   yolu  fikirləşdilər  və  həmin   gün  heç  bir  nə  məntiqi,  nə  iqtisadi,  nə  elmi  və  nə  də  riyazi  əsası  olmayan  bir  qiymət   artımı  tətbiq  etdilər. İstehsal  sahələrinin,  topdan  satış  bazalarının  anbarlarında, pərakəndə   satış  obyektlərində, maqazaların  anbarlarında  və  satış  sahələrində   olan  bütün   malların  qiyməti   50%  artırıldı.

3) Cərəyan  edən  hadisələrlə  əlaqədar  Milli Bankın rəhbər işçilərinin,  deputatların,  ekspertlərin  verdikləri   izahatlar  və  rəylər   bir-birinə  zidd,  reallığa  uygun  olmayan  fikir  və   söylədikləri   təkliflər   sadə   vətəndaşları  maarifləndirmək  əvəzinə   daha  da  təlaşdanmasına  səbəb  olur.

İndi  isə  yuxarıda  qeyd  etdiklərimizə  aydınlıq  gətirək:

a)      Devalvasiya   nəticəsində  maddı  ziyan  dəymiş  vətəndaşlara  yardım  etmək  haqqında  Milli Bankın rəhbərişçilərinin,  deputatların  və   ekspertlərin söylədikləri  bir  təklif  olaraq  qalır və  heç  cür  reallaşdırılmır. Hadisələrdən  20  gün  keçməsinə  baxmayaraq   nə  valyuta bazrında  sabitlik  yaranmış,  nə də  banklarla  vətəndaş  arasında  yaranmış  problemin  həlli  yolları  açıqlanmışdır.   Mətbuatda    izlədiklərimiz  yazılardan   belə  nəticə  çıxarmaq  olur ki,   bank  rəsmilərini  vətəndaşların  düşdüyü  vəziyyətdən  çox   bankların  vəziyyəti  maraqlandırır. Hətta  “Naxçıvanbankın”   bu  sahədə   qəbul  etdiyi  qərar   onların  ürəyincə  olmayıb,  çünki  bu  qərar  hazırkı   dövrdə  sırf  əhalinin  rifahına  yönəldilmiş  təqdirəlayiq  bir  qərardır.  Çox  təəsüf  ki,  buna bənzər  və  ya  başqa  bir  təqdirəlayiq  təklif  Milli  Bank  tərəfindən  nəinki  qəbul  edilməyib,  heç  təklif  də  edilməyib.    Bu  məsələdə  əhaliyə  kömək  etmək  məqsədi  ilə  Milli  Bank    İqtisadiyyat  və  sənaye  nazirliyi  ilə   birlikdə   müvafiq  araşdırmalar  apararaq  çıxış  yolu  və  itkilərin  kompensasiya   edilməsi    mənbəələri   aşkar  edib   təklif  verməkləri  üçün  maksimum   5 qün  lazım  idi (lazımı məlumatların  toplanmasına  2  gün;  toplanmış  məlumatların   təhlili  üçün  2 gün,  təklifin  hazırlanmasına  1  gün).

b)      Tələb  olan məlumatlar:                                                                                                                                    

 - son  iki  il  ərzində  banklardan  xarici  valyuta  ilə   istehlak  krediti  almış  və  21.12.2015-ci  il  tarixə  30000 ABŞ  dolları  məbləğinə  qədər   kredit  borcu  olan, qrafik  üzrə  ödənişlərdə  kecikməyə  yol  verməyən, vətəndaşların  siyahısı.  Neçə  nəfərdir,  borcları  nə  qədərdir  və  kursun  dəyişməsi  nəticəsində  əmələ  gəlmiş  fərq  nə  qədədir .                                                                                               

 –Bütün  istehsalçıların,  topdan  və  pərakəndə   ticarət  obyektlərində    qiymətlərin  artırılması  ilə  əlaqədar  inventarizasiya  aktlarının  surətləri.

c)      Toplanmış  məlumatların  təhlili:    - inventarizasiya  aktlarının  təhlili  zamanı  ölkə  üzrə    21.12.2015-ci  il tarixə  mövcud  qiymətlərlə  hesablanmış   mal  qalığının dəyərinin  artırılmış  qiymətlərlə  hesablanmış  dəyərləri  arasında  olan  fərqi  müəyyən  etmək.Əgər  bu  iş  çox  ciddi  şəkildə  aparılsa,   büdcəyə  külli  miqdarda  (milyard  manata  yaxın)   vəsaitin  alınması  təmin   olunar. Bu  fərq  sonda   ticarət  obyektləri   tərəfindən  istehlakçıların (sadə  vətəndaşların)  əlindən  zorla  alınacağını  nəzərə  alaraq,  həmin  məbləği  istehsalçılardan  və ticarət  obyektlərindən   büdcəyə  alınması  və  bu  vəsait  hesabına   vətəndaşların ( 30000 ABŞ  dolları  məbləğinə  qədər   kredit  borcu  olan) istehlak  kreditlərinin  devalvasıya  nəticəsində  düşdüyü  ziyanın   bir  hissəsinin   ödənilməsinə  yönəltmək  məqsədə   uyğun  olardı. Ziyanın  qalan  hissəsinin   bağlanması  üçün  isə  “Naxçıvanbankın”   təcrübəsindən  bəhrələnmək  olardı.

d)     Hörmətli  deputatlarımızin   və  ekspertlərin.....  10000  ABŞ  dolları   qədər  borcu  olanların  kreditlərini  silmək....təklifi   qəbul  edilməzdir.  Borcu  silmək  olmaz,  alınmış  məbləğ  geri  qaytarılmalıdır.Əhalidə  məsuliyyət  hissi  olmalıdır,  ona  pul    bağışlamaq  yox,  borcu  ödəməyə  imkan  yaratmaq  lazımdır.

e)      “Zəhmətsiz  qazanc  (mənfəət)”   əldə  etmək   :                                                                                                      

-mövcud  təcrübə  və  texnoloji  proseslərin  həyata  keçirilməsi  üçün  istehsal  sahələrində   xammal   ehtiyyatı    ən  azı  90  günlük,  topdan  satış ticarət  obyektlərində  mal   ehtiyyatı  30  günlük,  pərakəndə  ticarət  obyektlərində    isə   minimum  7  günlük  mal  ehtiyyatı  olmalıdır  (söhbət  xaricdən  alınan  xammaldan,  materiallardan  və hazır  məhsuldan  gedir).  Eyni  zamanda  pərakəndə  ticarət  obyektlərində   ehtiyyatda    olan   malların   maksimum  25-30%  aylıq  dövriyyədə  iştirak  edir,   70-75%  isə  hərəkətsiz  qalır.

Qeyd  olunanlardan  bu  nəticəyə  gəlmək  olur  ki,   devalvasiya  nəticəsində  qiymət  artımının  həmin  gün  baş  verməsi    qeyri  mümkundür.Bu,  ən  tez  halda,  30  gün  ərzində  hissə-hissə,  90  gün  ərzində  isə  tam  baş  verə  bilər.   Bu  səbəbdən  də  işbazların  qanunsuz  yolla  əldə  etdikləri  “zəhmətsiz  qazanc “ (mənfəət),   qeyri   şərtsiz,  tam  məbləğdə  dövlət  büdcəsinə  alınmalıdır.  Sadə  vətandaşlrın  sosial  durumunun  təminatçısı  dövlət  olduğundan,  qanunsuz  yolla ( süni  bahalşma  yaratmaqla)  əhalinin  cıbındən   məcburi  çıxarılmış   vəsaiti    bir-bir  vətəndaşlara  qaytarılması  mümkün olmadıından   həmin  vəsait  dövlət  büdcəsinə  verilməlidir  ki,  dövlət   bu  pulları  əhalinin  rifahına  yönləndirsin.

Biznes  məqsədi  ilə  kredit  alanlara heç  bir  güzəşt  etmək  lazım  deyil,  belə  ki   onların  təqdim  etdikləri  biznes  planlarında(xüsusi  ilə  ticarət  sahələri)   rentabellik   nəzərə  alınmışdır  və  bizneş  fəaliyyəti  düzgün  idarə  edilərək  vəsaitin  dövrülük  müddətini  qisaltdıqda,  bu  sahələrin  kredit  ödəmək  imkanı  yüksək  olur.  Eyni  zamanda  ticarət  və xidmət  sahələri  qiymət  artımı  hesabina  əlavə  mənfəət  əldə  etmiş  olurlar.

21.12.2015-ci  il  tarixdə   baş  vermiş  devalivasıyadan   bir  gün  sonra  İqtisadiyyat və Sənaye  Nazirliyi  yanında  Antiinhisar Siyasəti  və  İstehlakçıların  Hüquqlaının  Müdafiəsi   Dövlət   Xitmətinin   rəisi  Zahid  İsayev  ANS-ə  müsahibəsində  bildirdi ki, “Dövlət Xidmətinin hələ fevral ayında baş verən devalivasiya zamanı süni qiymət artımının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər və iş metodu süni qiymət artımının baş verə bilmək ehtimalını bəri başdan aşkar etməyə imkan verir və bizim müdaxiləmiz nəticəsində süni qiymət artımının qarşısı demək olar ki, baş verməmiş alınır”.

Sualım   cənab  Zahid İsayevədir! 

Sizin  xidmət   tərəfindən   süni  qiymət  artımının  qarşısı   müsahibə   yolu  ilə  alınır,  yoxs  əməli  tədbirlərlə? Belə  ki,  əməli  tədbir  hiss   olunmur,  əgər  hiss  olunsaydı   onda  bütün  ticarət  şəbəkələrində (market, mağazalar,  aptek  və s.)  22.12.2015-ci  il  tarixdə  malların (xüsusu ilə  də  ərzaq  məhsullarının)  qiymətlərini   30-50%  qaldırmazdılar.  Bu  süni  qiymət  artımının  qarşısı  bu  günə  qədər  də   alınmayıb,   günahkarlar  haqqında  mətbuatda  məlumat   verilməyib  və  tədbir  görülməyib.   Əhaliyə  bu  məlumatlar  çatdırılmalıdır  ki,  onlarda  hadisələrin  gedişatına  nəzarət     edə  bilsin,   neqativ  hallara  qarşı   mübarizə  aparılmasına  inam  yaransın.

Müsahibə  qeyd  edilən  digər  hallar  haqqında   cənan  Z.İsayev  ümumi  anlayışlar  səsləndirib,  əgər  köklü  təhlif   və ya  izahat  versə idi,   onda  22.12.2015-ci  il  tarixdə  baş  vermış faktiki  sünı  qiymət  artımını  gözlənilən  hal  kimi  qələmə  verərək,  olanları   ört-basdır  etməzdi. Belə  olmasaydı  və  onlar  tərəfindən  əməli  tədbilər  görülsəydi  bir  gün  ərzində  giymətlər  kəllə-çarxa   çıxmazdı.

Belə   olduğu  halda,  əgər  süni qiymət artımının qarşısını almaq üçünhazırlanmış   Tədbirlər  Planı   İqtisadiyyat  və Sənaye  Nazirliyi  yanında  Antiinhisar Siyasəti  və  İstehlakçıların  Hüquqlaının  Müdafiəsi  Dövlət  Xitməti   tərəfindən   həyata   keçiriləcəkdirsə  onun   dövlətə  və  xalqa  faydası  olacağı  şübhə  altındadır.

Yasin Hüseynov

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ