Suriyada dəhşətli görüntülər - Azyaşlı uşaqları zəncirləyib...

Suriyada dəhşətli görüntülər - Azyaşlı uşaqları zəncirləyib...

Suriyanın paytaxtı Dəməşqdən insanlığa sığmayan görüntülər yayılıb.

Şəhərin Əl Məzzah bölgəsində Bəşər Əsəd rejimi bir qrup azyaşlının əllərini zəncirləyərək zorla hərbi düşərgələrə göndərib.

Rejim ordunun əsgər ehtiyacını qarşılamaq üçün zorla azyaşlıları silahlandırır. 2011-ci ildən bəri daxili çəkişmələrdə kifayət qədər qüvvə itirən rejim mübarizəni davam etdirə bilmək üçün artıq bu tip yollara əl atır.

Bu görüntülər bir çox suriyalı fəal, insan haqları müdafiəçisi və bölgədəki jurnalistlər tərəfindən paylaşılıb və kəskin tənqid edilib./publika

7News.Az

Xəbər lenti