Suriyaya hücumda İran milisləri və “Hizbullah” vurulub

Suriyaya hücumda İran milisləri və “Hizbullah” vurulub

ABŞ, İlgiltərə və Fransanın atdığı raketlərin vurduğu nöqtələr arasında Küseyrdəki "Hizbullah” ünsürləri və Deradakı İran qüvvələri də var.

7news.Az xəbər verir ki, Əsəd rejiminin Şərqi Qutada kimyəvi silahlarla dincə əhaliyə qarşı hücumu ABŞ, İngiltərə və Fransa tərəfindən cavabsız qalmayıb.

Onlar Suriyanın paytaxtı Şam, Hama, Humus, Dera və Süveyda əyalətlərində hərbi nöqtələri bombalayıblar.

"Anadolu” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın hücum əmrindən sonra Şamdakı Cümhuriyyət Keşikçiləri, Dümeyr Hava Limanı, Şam Beynəlxalq Hava Limanın ətrafı, Ceməyrə Elmi Araşdırmalar Mərkəzi, Kaysun dağındakı hava mühafizə sistemləri, Kisvə və Kalamun bölgələrindəki hərbi nöqtələr vurulub.

Rejimin idarəçiliyində olan Hama Hava Limanı, Humus əyalətinin Küseyr bölgəsində "Hizbullah” qüvvələri, Derada 89-cu Tuqay olaraq tanınan İran qüvvələri və bəzi hərbi nöqtələr, Süveyda əyalətində Hava Limanı və Dera əyalətinin İzra bölgəsindəki hədəflər məhv edilib.

Bu arada, Əsəd rejiminə məxsus media orqanları hava mühafizə birliklərinin qarşılıq verərək bəzi raketləri havada zərərsizləşdirdiyinə dair xəbərlər yayıblar.

7news.Az

Xəbər lenti