Sürücülərin NƏZƏRİNƏ: yanacaqdoldurma məntəqələrində DİQQƏTLİ OLUN! - VİDEO - FOTO

Sürücülərin NƏZƏRİNƏ: yanacaqdoldurma məntəqələrində DİQQƏTLİ OLUN! - VİDEO - FOTO

Sürücülər iddia edirlər ki, müxtəlif yanacaqdoldurma məntəqlərində eyni markadan olan yanacaqla fərqli məsafələr qət edilir. Bunu yanacağın keyfiyyəti və ya çənə tökülən həcmin göstərildiyi qədər olmaması ilə izah edirlər.

Sürücü: ""Zapravka" var ki, vururam 85 km yol gedir. Başqa petroldan vururam 130 km gedir. Müxtəlif fərqləri var".

Sürücü: "Kompüteri elə qurub ki, 10 litr vurulur, onun 9 litri ora gedir. Tabloda 10 litr yazılır. Heç kimin xəbəri olmur ondan".

Ekspertlər hesab edir ki, yanacaq oğurluğu əvvəlki illərə nisbətən azalmaq əvəzinə daha da genişlənir.

Ərşad Hüseynov - Ekspert: "Deyirlər ki, eyni avtomobillə Rusiyada, Gürcüstanda hərəkət edəndə bu qədər yanacaq işlədirəm. Azərbaycanda hərəkət edəndə bu qədər yanacaq".

Əgər siz də aldanmaq istəmirsinizsə, avtomilə yanacaq vurarkən, avtomobilin içində yox, sayğacın qarşısında gözləməyiniz məsləhət görülür. Bir də sayğacın sıfırdan başlamasına və ödədiyiniz pulun ekranda tam görsənməyinə əmin olmağınız məsləhətdir.

Yanacaqdoldurma məntəqələrinin nümayəndələri isə deyilənlərlə razılaşmır.

Elşən Sucayev - növbə rəisi: "Burada yalan söhbət ola bilməz. Nə var odur. 20 manat vurur. Yazdı ora götürdü "pistoleti" vurdu ora. Onu necə aldatmaq olar? Bəzi "zapravka"larda ola bilər. Amma burda 30 saniyədən sonra sıfırlanır"

Ekspertlər məsələnin həlli üçün yanacaqdoldurma məntəqələrinə nəzarətin gücləndirilməsini vacib sayırlar.

 

7News.Az

Sürücülərin NƏZƏRİNƏ: yanacaqdoldurma məntəqələrində DİQQƏTLİ OLUN! - VİDEO - FOTO

Sürücülərin NƏZƏRİNƏ: Yanacaqdoldurma məntəqələrində DİQQƏTLİ OLUN!

Xəbər lenti