Sürüşmə zonasındakı son vəziyyət açıqlanıb

Sürüşmə zonasındakı son vəziyyət açıqlanıb

"Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacındakı torpaq sürüşməsi sahəsinin dinamikasında son bir neçə gün ərzində vəziyyət stabilləşib.

Bunu Oxu.Az-a ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, "Teleqüllə” sürüşmə sahəsinin torpaq qatında eni təxminən bir metr, görünən dərinliyi 5-6, uzunluğu 60-70 metr olan çatlar yaranıb:

"Monitorinq məqsədilə quraşdırılmış mayaklarda çatlar əmələ gəlməyib”.

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Torpaq sürüşməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.

7News.Az

Xəbər lenti