Tahir Gözəl Türkiyədə Nəsimidən qəzəl dedi – VİDEO

Tahir Gözəl Türkiyədə Nəsimidən qəzəl dedi – VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyənin Gillette – Milliyet İlin İdmançısı Mükafatları (Gillette – Milliyet Yılın Sporcusu Ödülleri) qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

7news.Az xəbər verir ki, bu il ilk dəfə olaraq, dünya şöhrətli və Türkiyənin ən etimadlı mükafatlara namizədləri sırasında azərbaycanlıların fəxri "Qarabağ” Futbol Klubunun adı olub.

"Qarabağ” Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən, FIFA referisi Cüneyt Çakırın üzv olduğu münsiflər heyətinin xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının rumıniyalı baş məşqçisi Mirçya Luçesku təqdim edib. 

Tahir Gözəl mükafatlandırma mərasimində azərbaycanca fikirlərini bildirib:

"Qarabağ” Azərbaycanda vətənsiz qalmış qaçqınlarımızın səsini, nidasını, Azərbaycan xalqının, türk dünyasının iradəsini dünyaya çatdırmış klubdur. Mən "Milliyet” qəzetinə, mənim böyük qardaşım Tayfun Bayandıra təşəkkür etmək istəyirəm.

Bu mükafatı Türkiyədə almaq bizim üçün mənəvi dəstəkdir. Allah Türkiyəni qorusun, ürəyimiz hər zaman bir olsun”.

Vitse-prezident daha sonra çıxışını İmadəddin Nəsiminin qəzəli ilə yekunlaşdırıb:

"Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam”.

7news.Az

Xəbər lenti