Taksiyə minən cütlük öldü, sürücü itkin düşdü - Sel fəlakəti - VIDEO - FOTO

Taksiyə minən cütlük öldü, sürücü itkin düşdü - Sel fəlakəti - VIDEO - FOTO

İspaniyanın Mayorka adasında daşqınlar və sel nəticəsində 5 nəfər həlak olub.

7News.Az European-a istinadən bildirir ki, Balear arxipelaqındakı adada təbii fəlakət səngimək bilmir.

San-Lorenso bələdiyyəsində 4 nəfər, Son-Server bələdiyyəsindəki Silyot şəhərində isə bir nəfər hələk olub. 5 nəfər ikin düşüb, 220 nəfər təlxiyə olunub.

El Pais-in məlumatına görə, həlak olanların 2 nəfəri Britaniya vətəndaşıdır.

Bu şəxslərin olduğu taksinin sürücüsü itkin düşüb.

 

Mayorkada 13 yol bağlanıb, bir neçə bələdiyyənin ərazindəki dövlət qurumları və məktəblər qapadılıb.

Leysan yağışları və daşqın təhlükəsi səbəbindən Malaqada "qırmızı", Barselona, Jirona, İbisa və Formentera adalarında "narıncı", Tarraqon və Balear arxipelaqındakı digər adalarda "sarı" təhlükə səviyyəsi elan olunub.

7News.Az


Taksiyə minən cütlük öldü, sürücü itkin düşdü - sel fəlakəti

 

Taksiyə minən cütlük öldü, sürücü itkin düşdü - Sel fəlakəti - VIDEO - FOTO

Xəbər lenti