Tanınmış aktyor məktəb direktorunu təhqir etdi – VİDEO + YENİLƏNİB

Tanınmış aktyor məktəb direktorunu təhqir etdi – VİDEO + YENİLƏNİB

Bakı şəhəri 220 nömrəli məktəb – liseyində baş vermiş hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsində (BŞTİ) araşdırma aparılır.

BŞTİ-dən verilən məlumata görə, yanvarın 29-da özünü 220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı kimi təqdim edən Rza Rzayev direktorun otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək, ifadə edilməsi mümkün olmayan nalayiq ifadələrlə direktoru təhqir və təhdid edib.

"220 nömrəli məktəb-liseyin direktor müavini Zeynəb Rzayeva 29.01.2018-ci il tarixində direktor tərəfindən dəvət edilərək, ona təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin vəzifə səlahiyyətlərinin bölgüsündə II yarım ildən etibarən dəyişiklik ediləcəyi bildirilib. Heç bir maaş dəyişikliyi gözlənilmədiyi halda, Zeynəb Rzayeva bu qərara etiraz edib. Bundan əlavə, məlum olub ki, direktor müavini Zeynəb Rzayeva müəllimlərdən pul alındığını qeyd etdiyi siyahı hazırlayıb və sonradan həmin siyahıya başlıq əlavə edərək mətbuata verib. Fevralın 1-də 220 nömrəli məktəb-liseydə BŞTİ əməkdaşının iştirakı ilə müəllimlərlə iclas keçirilib və müəllimlər tərəfindən müvafiq iddiaların tamamilə əsassız olduğu bildirilib.” – məlumatda deyilir./oxu.az

7News.az

***

"Dolu” filmində rol alan aktyor Rza Rzayev Nizami rayonu 220 saylı məktəb-liseyin direktoru ilə mübahisə edib və ona qarşı təhqiramiz ifadələr işlədib.

7News.az xəbər verir ki, buna aktyorun direktor müavini olan xanım qohumu Zeynəb Rzayevanın işdən çıxarılması səbəb göstərilib.

O, məktəb direktorunun rüşvət yığdığını iddia edib.

7News.az

Xəbər lenti