Tanınmış azərbaycanlı vəfat etdi (FOTO)

Tanınmış azərbaycanlı vəfat etdi (FOTO)
Tanınmış teatr rejissoru Ədalət Ziyadxanov vəfat edib.

7News.Az xəbər verir ki, bu barədə əməkdar artist Elxan Rza sosial şəbəkə hesabında məlumat verib.

Qeyd edəki ki, Ə.Ziyadxanov 1946-cı ildə Bakıda - "Kubinka"da anadan olub. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyib. Son illər Bakı Bələdiyyə Teatrının rejissoru olub.

Ə.Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.

Allah rəhmət eləsin!
 
 
7News.Az

Xəbər lenti