Tanınmış ekspertdən Hadi Rəcəbliyə sərt sözlər: “İnsanların əsəbləri ilə oynamaq lazım deyil”

Tanınmış ekspertdən Hadi Rəcəbliyə sərt sözlər: “İnsanların əsəbləri ilə oynamaq lazım deyil”

"Sosial şəbəkələrin bağlanmasını təklif etmək acizlikdir! Ölkəmizdə seçki ərəfəsində bu tip fikirlər səsləndirmək doğru deyil”.

 

7News.Az xəbər verir ki, bunu tanınmış gənc alim, İKT üzrə mütəxəssisCahid İsmayıloğlu Milli Məcliisn Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəblinin "Sosial şəbəkələri bağlamaq lazımdır” təklifinə münasibət bildirərkən deyib.

 

O, bildirib ki, bu cəmiyyətdə aqressiya yaradır: "İnsanların əsəbləri ilə oynamaqla hansı məqsəd güdülür mənə aydın deyil. Təklif edirəm ki, sosial şəbəkələrdə ictimai fikri formalaşdırmaq üçün layihələr həyata keçirilsin. İndi bir neçə belə layihə var "Facebook” və "Instagram”-da "belə belə işlər" səhifəsini misal çəkərdim. Qısa metrajli filmlər çəkib sosial şəbəkələrdə yaymaq lazımdır. Maarifləndirmə işlərini gücləndirmək lazımdır. Ümumilikdə sosial şəbəkələri nəzarətsiz buraxmaq olmaz”, deyə o, əlavə edib.

 

7News.Az

Xəbər lenti