Tanınmış tarzən Məmməd Ağasıyevin 70 illik yubileyi keçirilib - FOTOLAR

Tanınmış tarzən Məmməd Ağasıyevin 70 illik yubileyi keçirilib - FOTOLAR
Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzinin AzTV ilə birgə layihəsi çərçivəsində tanınmış tarzən Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

İlk olaraq səhnəyə tədbirin aparcısı şair və yazar İlqar Fəhmi çıxaraq tarzənin mədəniyyətimizdə, Azərbaycan tar ifaçılığı sənətində gördüyü işlərdən danışıb. Daha sonra tarzənin həyat və yaradıcılığını əks etdirən vidioçarxlar nümayiş etdirilib.

7News.Az-ın məlumatına görə, gecədə Azərbaycanın tanınmış mədəniyyət xadimləri, yubilyarın ailə və sənət dostları - Ramiz Quliyev, Vamiq Məmmədəliyev, Sədaqət Kərimova, o cümlədən, millət vəkili Qənirə Paşayeva iştirak edib. Onlar sənətkarla bağlı öz xatirələrini bölüşüblər.

Bədii hissədə muğam ustaları - Nəzakət Teymurova, Firuz Səxavət, Zabit Nəbizadə, Gülyaz və Gülyanaq Məmmədova ifaları ilə gecəyə xüsusi rəng qatıblar.

Sonda sənətkarın qızı, bəstəkar-müğənni Sevinc Ağasıyeva tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. Tədbirin sonunda atasının sağlığında sevdiyi, sözləri Vahid Əzizə aid olan "Xatirən" adlı mahnını ifa edərək tədbirə yekun vurub.

Beynəlxalq Muğam Mərkəzi öz ənənələrinə sadiq qalaraq Azərbaycan muğamının inkişafında və bu günümüzə gətirilməsində böyük rolu olan bütün sənətkarların xatirələrini yaşadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti