Tanışını şantaj edib 1000 manat tələb etdi

Tanışını şantaj edib 1000 manat tələb etdi

Mingəçevirdə tanışını şantaj edən şəxs saxlanılıb.

7news.Az DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.  Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb. Araşdırma aparılır.

7news.Az

Xəbər lenti