Tanışlarına bir milyon manat “atan” qadına hökm oxunub

Tanışlarına bir milyon manat “atan” qadına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon sakini Vəfa Osmanlının CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

7news.Az-ın məlumatına görə, ittiham aktına əsasən, Vəfa Osmanlı vətəndaş Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, onlardan ümumilikdə 1 milyon manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib. 

Zərərçəkənlərin şikayətindən sonra faktla bağlı cinayət işi başlanılıb. Məlum olub ki, zərərçəkənlərin əksəriyyəti müəllimdir.

Qeyd edək ki, istintaqın gedişatında qadının barəsində həbs-qətimkan tədbiri seçilməyib. 

Məhkəmə prosesində V.Osmanlı ittiham üzrə özünü qismən təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

7news.Az

Xəbər lenti