Tanzaniya prezidenti hamiləlikdən qorunanları “tənbəl” adlandırdı

Tanzaniya prezidenti hamiləlikdən qorunanları “tənbəl” adlandırdı

Tanzaniya prezidenti Con Maqufuli qorunmanın faydasızlığından danışıb. 

7News.Az xəbər verir ki, onun sözlərini "The Guardian” nəşri yayımlayıb. 

Şərqi Afrika ölkəsinin liderinin fikrincə, hamiləlikdən qorunanlar işləmək və böyük ailə istəməyən tənbəl insanlardır. O əlavə edib ki, qorunmanı təbliğ edən insanlar pis məsləhətçilərdir. 

"Siz yaxşı fermerlərsiniz, öz uşaqlarınızı saxlaya bilərsiniz. Qorunmaq nəyə lazımdır?”, - prezident deyib. 

Qəzet bildirib ki, prezidentin sözləri qanunun dəyişdirilməsi anlamına gəlmir. Ancaq qeyd edilib ki, bundan öncə prezidentin bəyanatları yerli orqanlar tərəfindən istiqamətverici addım kimi qiymətləndirilib. 

Tanzaniya qanunlarına əsasən, bu ölkədə qadınlar hamiləlikdən qoruna bilərlər. 

7News.Az

Xəbər lenti