Təhsil Nazirliyi diplomlarla bağlı müraciətləri araşdırır

Təhsil Nazirliyi diplomlarla bağlı müraciətləri araşdırır

Təhsil Nazirliyi (TN) ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədilə araşdırdığı müraciətlərin sayını açıqlayıb.

7news.Az xəbər verir ki, nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il Akkreditasiya və Nostrifikasiya İdarəsi nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədilə 2834 müraciəti icraata qəbul edib.

TN-dən əlavə edilib ki, xaricdə təhsil alan tələbələrin diplomlarının tanıdılması məqsədilə yeni qaydalar layihəsi hazırlanıb. Yeni qaydalar layihəsi rəy və təkliflərin bildirilməsi ucun aidiyyəti dövlət qurumlarına göndərilib.

 

7news.Az

Xəbər lenti