25 yaşlı gənc qadın küçədə köhnə sevgilisinin zorakılığına məruz qalıb.

Gənc qadın iddialara görə, keçmiş sevgilisindən şiddət görüb. Daha sonra keçmiş sevgilisi onu küçədə çılpaq gəzdirib. Bu zaman keçmiş məşuq mobil telefonu ilə onu videoya da çəkib. Videonu görən məhkəmə heyəti təəccüblənib və qadından kişinin niyə bunu etdiyini soruşublar.

Bu zaman gənc qadın da göz yaşlarına hakim ola bilməyib: "Boynumdan yapışdı. O qədər sıxdı ki, nəfəs də ala bilmirdim. Çox şeylər deyirdi. Mənim fahişə olduğumu, məni öldürəcəyini bildirirdi, hər şeyi edə bilərdi".

26 yaşlı keçmiş sevgilisi Jason Melo iddialara görə, adı gizli saxlanılan gənc qadının telefonunda başqa adamdan gələn mesajlar tapıb. Bunun nəticəsində də gənc qadına saatlarla hədə-qorxu gəlib və işgəncə edib.  

"Bunun hesabını verəcəksən. Soyunacaqsan və küçəyə çıxacaqsan, bunun hesabını verəcəksən" deyən adam görüntüləri "İnstagram" və "Liveleakte" paylaşıb. /goldnews