Təmas xəttinə hərbi texnika toplanır: müharibə hər an BAŞLAYA BİLƏR

Təmas xəttinə hərbi texnika toplanır: müharibə hər an BAŞLAYA BİLƏR

Ukraynanın on vilayətində hərbi vəziyyət rejiminin tətbiqi ilə əlaqədar Ukrayna Silahlı Qüvvələri "Luqansk Xalq Respublikası” ("LXR”) separatçı rejimi ilə təmas xəttinə texnika və silahlar cəlb edir.

Bu haqda "LXR”-in "müdafiə idarəsi”nin mətbuat xidmətinin rəhbəri Yakov Osadçiy jurnalistlərə bildirib.

Daha əvvəl Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu gündən etibarən ehtiyatda olanlar və hərbi mükəlləfiyyətçilərin genişmiqyaslı toplanışına başlanılıb. Xüsusilə, bu toplanışların briqadalar və təlim mərkəzlərində həyata keçiriləcəyi vurğulanıb.

Ukrayna prezidenti Pyotr Poroşenko "112 Ukrayna” telekanalı ilə yayımlanan çıxışı zamanı bildirib ki, hərbi vəziyyət rejimi çərçivəsində Rusiya ilə sərhəddə müdafiənin gücləndirilməsi üçün hərbi bölmələrin yerdəyişməsini həyata keçirəcək.

Prezident həmçinin, Rusiya ilə sərhədyanı ərazilərdə hərbi təlimlərin keçiriləcəyini elan edib.

Qeyd edək ki, Donbas və Krım məsələlərinə görə düşmən səviyyəsində olan Rusiya-Ukrayna münasibətləri Kerç boğazı ətrafındakı son hadisədən sonra daha da pisləşib. Noyabrın 25-də Rusiya sərhədçiləri Kerç boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisini saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Onlardan 15-i barədə həbs qəti-imkan tədbiri seçilib./publika

7News.Az

Xəbər lenti