Ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 79 cinayət faktı qeydə alınıb, onların da 11-i "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 7news.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 12 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.
 
7news.Az

Xəbər lenti