"Tərəfdaşın qarğalardır, yoxsa qarışqalar?" - Millət vəkilindən sərt təpki!

"Əslində hər şey gün kimi aydındır. Növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar radikal müxalifətin passiv seçki hüququnu, yəni seçilmək haqqını deyil, oktyabra qədər şou göstərib, artistlik edərək xaricdən qrant almaq şansını əldən çıxarıb. Ona görə pərişandırlar”. Bu fikirləri millət vəkili, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev radikal müxalifətin baykot qərarına münasibət bildirərkən söyləyib.

 

"Yenə "Milli Aşura”nı azacıq başa düşürəm. Əli Kərimlinin ətrafında - ayda ən az min manatdan maaş verdiyi 70-80 nəfər adam var. Tərəfdaş deyəndə də güman ki, onları və bir neçə qohum-əqrəbasını nəzərdə tutur. Yaxşı bəs Almaniyada məskunlaşmış, adını çəkmək istəmədiyim qaba biznesmen nəyi, daha doğrusu kimi nəzərdə tutur görəsən? Ələlxüsus da "tərəfdaşlarımı baykota səsləyirəm” söylərkən? Hansı tərəfdaş? Qafqaz dağlarındakı qarğalarmı, zəmidəki qarışqalarmı, yoxsa evdə saxladığı tutuquşumu?

 

Allah da, millət də, seçici də onların özünü on illərdir baykot edib, tarixin arxivinə gömüb, bunlar kimi baykot edir? Həyatları, taleləri elə büs-bütün baykotdur da. Baykot həmin uğursuzların siyasi emblemidir. Baykotsuz bir günləri olubmu ki, indi bunu xüsusi hal kimi qabardırlar?

 

Hələ yekə-yekə elan veriblər ki, kütləvi mitinqlər keçirəcəklər. Oysa, əvvəlcə mitinq keçirilir, sonra onun kütləvi olub-olmamasına qərar verilir. Deyilmi? Yoxsa bunudamı anlamırlar? Məncə anlamırlar. Anlasaydılar anlar gündə olardılar, ağlar yox”– deyə millət vəkili fikirlərinə davam edib./aktual.az

 

7News.az

Xəbər lenti