Tərtər Kinoteatrı 30 min manata satıldı

Tərtər Kinoteatrı 30 min manata satıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində keçirilən bugünkü hərracda buraxılış ili 2012-ci il olan "VAZ-21214” markalı avtomobil 5 min 200 manata satılıb. 

Komitədən 7News.Az-a verilən məlumata görə, avtomobilə ilkin 3 min 500 manat qiymət təyin olunub.

İştirakçılar arasında mübarizə nəticəsində satış qiyməti yüksəlib. "VAZ-21074” markalı nəqliyyat vasitəsinin ilkin qiyməti 1400 manat təyin olunsa da, hərrac qalibi bu avtomobil üçün 2 min 700 manat ödəyib.

Bundan əlavə, hərraca çıxarılan Tərtər Kinoteatrı investor tərəfindən 30 min manat ödənilməklə özəlləşdirilib. Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri də İmişli rayonu, Meliorator qəsəbəsində yerləşən 49 saylı yeməkxanadır. Ümumi faydalı sahəsi 620 kv.m olan bu obyekt üçün vətəndaş 20 min manat ödənyib. 

Komitə tərəfindən növbəti hərrac avqustun 21-i keçiriləcək. Hərraca ümumilikdə 151 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyətləri, 86-sı kiçik dövlət müəssisə və obyekti, 33-ü qeyri-yaşayış sahəsi, doqquzu isə nəqliyyat vasitəsidir.  

7News.Az

Xəbər lenti