Təxribatçı erməni əsgəri məhv edildi: MN təsdiqlədi

Təxribatçı erməni əsgəri məhv edildi: MN təsdiqlədi
İşğal altında olan Qarabağda erməni əsgər ölüb. 

7News.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fevralın 8-də, saat 14:15 radələrində, Xankəndi hospitalında erməni əsgəri 1999-cu il təvəllüdlü Hayk Serqeyi Hakopyan ölüb.

Erməni KİV-ləri onun xəstəlik səbəbindən öldüyünü bildirir. 

Xatırladaq ki, fevralın 7-də düşmən cəbhə xəttinin Fizuli istiqamətində təxribata cəhd edərkən bir nəfər itki və iki nəfər yaralı verməklə geri çəkilib. Azərbaycan Müdafiə Naizirliyi tərəfindən məlumat təsdiqlənsə də Ermənistan məlumatları təkzib etmişdi.

Hadisədən bir gün sonra növbəti ölüm faktının baş verməsi təsadüfi deyil. Faktiki olaraq, düşmən yenə də yaralılarını gizlədib və onların ölüm səbəbləri başqa bir versiya olaraq təqdim edib. //ordu.az
 
7News.az

Xəbər lenti