Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı da olub - RƏSMİ

Təyyarə qəzasında ölənlər arasında azərbaycanlı da olub - RƏSMİ
Xarici İşlər Nazirliyi ötən gün qəzaya uğrayan Rusiya təyyarəsində həlak olan azərbaycanlı ilə bağlı məlumat yayıb.

Nazirlikdən daxil olan məlumata görə, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olması araşdırılıb.
Təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.
 
7News.az

Xəbər lenti