Tonoyan erməni və rus əsgərlərinə ƏMR VERDİ - Ermənistan Azərbaycana qarşı nələr hazırlayır?

Tonoyan erməni və rus əsgərlərinə ƏMR VERDİ - Ermənistan Azərbaycana qarşı nələr hazırlayır?
Ermənistanın müdafiə naziri David Tonoyan Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının hərbi təlimlərini izləyib.

 Tonoyan belə hərbi manevrlərin keçirilməsinin vacibliyindən danışıb.

Maraqlıdır ki, təlimlər zamanı Tonoyan əməliyyat komanda qərargahında əyləşib və təlimləri idarə edib. Hərçənd, Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının bütün əməliyyatları – təlim olsa belə - Moskvadan idarə olunur. Vahid qoşun qruplaşmasının hərbi əməliyyata cəlb edilməsi də Rusiya liderinin icazəsi əsasında mümkündür.

Ermənistan mediası Tonoyanın əməliyyatı idarə etməsini gözlənilməz istiqamət adlandırıb.

Erməni şərhçi Hakop Badalyan bunu şərh edib.

"Vahid qoşun qruplaşması Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan istiqamətində vəziyyətə nəzarət edir. Tonoyanın əməliyyata nəzarət etməsi o deməkdir ki, Ermənistan qoşun qruplaşmasını de-yure hərəkətə keçirə bilməsə də, de-fakto hərəkətə keçirə bilər”, - deyə erməni şərhçi iddia edib.

7News.Az

Xəbər lenti