“Topaz”ı yarıb lotereya biletlərini apardılar

“Topaz”ı yarıb lotereya biletlərini apardılar
Ötən gün Nizami rayonunda yerləşən Topaz məntəqəsindən oğurluq olub.
7news.Az-ın xəbərinə görə, R.Rüstəmov küçəsində yerləşən məntəqədən 1000 manat dəyərində lotereya biletləri oğurlanıb. Bu barədə polisə məntəqənin sahibi məlumat verib
Zərərçəkənin sözlərinə görə, obyektə daxil olan naməlum oğru kassada pulun olmadığını görüb lotereya biletlərini oğurlayıb. 

Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsidə oğurluq maddəsi ilə cinayət işi başlanıb.
 
 
7news.Az

Xəbər lenti