Tovuzdakı tenderlərin yarısını bir nəfər udub (MƏBLƏĞ)

Tovuzdakı tenderlərin yarısını bir nəfər udub (MƏBLƏĞ)
Tovuz İcra Hakimiyyəti keçirdiyi tenderlərin qaliblərini elan edib.

7News.Az fed.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyəti 2018-ci ilin əvvəlindən bu günə kimi 6 müqavilə bağlayıb. Bağlanılan müqavilələrin ümumi dəyəri 321 min 18 manat təşkil edib.

İcra Hakimiyyəti ən çox müqaviləni fərdi şəxs olan Xanlar Namazovla bağlayıb. Bu şəxslə bağlanan 3 müqavilənin ümumi dəyəri 24 min 247 manat olub.

İcra Hakimiyyəti tərəfindən ən yüksək məbləğdə müqavilə "Kərbəlayınamazlı”  MMC ilə bağlanıb. Bu müqavilənin ümumi dəyəri 197 min 838 manat olub.
 

Xəbər lenti