Tramp kimyəvi hücuma görə Moskvanı günahlandırdı

Tramp kimyəvi hücuma görə Moskvanı günahlandırdı

ABŞ prezidenti Donald Tramp  Suriyada törədilən kimyəvi hücuma görə Moskvanın cavabdeh olduğunu bildirib.

7news.Az  xəbər verir ki, bu barədə  Ağ Evin mətbuat katibi Sara Sanders jurnalistlər üçün keçirdiyi brifinqdə açıqlama verib.

"Tramp hesab edir ki, Suriya və Rusiya həmin hücuma görə məsuliyyət daşıyır. Belə ki, Moskva (zamin tərəf olaraq) Dəməşqin kimyəvi silah ehtiyatlarının tamamilə məhv edilməsini təmin edə bilməyib.”,- deyə bəyanatda qeyd olunur.

Sanders ABŞ kəşfiyyatının Trampa Suriyada kimyəvi silahdan istifadə olunmasına dair bəzi sübutlar təqdim etdiyini diqqətə çatdırıb. 

Habelə sözçü bildirib ki, Ağ Ev rəhbəri Suriya rejiminə qarşı hərbi müdaxilə ilə bağlı hələ yekun qərara gəlməyib və raket zərbələrindən başqa, digər variantları da nəzərdən keçirir.

7news.Az

Xəbər lenti