Tramp porno ulduza rüşvət verdiyini rəsmən qəbul etdi

Tramp porno ulduza rüşvət verdiyini rəsmən qəbul etdi
ABŞ prezidenti Donald Tramp porno ulduz Stormi Denielsə aralarında olan münasibətə görə susması üçün pul verdiyini rəsmən qəbul edib.
Tramp, pulu vəkili Maykl Koen vasitəsilə verdiyini bildirib. Tramp 2016-cı ildə Koenə 100-250 min dollar arası xərc ödəyib.

Prezident öncə Stormiyə 130 min dollar ödədiyi barədə iddiaları rədd edirdi. Ağ Ev isə bu bildirişin şəffaflığa görə ifşa edildiyini, əslində bu məlumatı açıqlamaq məcburiyyətinin olmadığını qeyd edib.
FTX isə ötən ay Koenin evinə basqın edərək Deniels ilə imzalanan müqaviləyə aid sənədlər ələ keçirmişdi. Koen istintaqa cəlb edilib.
 
 
7news.Az

Xəbər lenti