Trampın qızına oxşamaq istəyir - 9 dəfə əməliyyat olundu - VİDEO - FOTO

Trampın qızına oxşamaq istəyir - 9 dəfə əməliyyat olundu - VİDEO - FOTO

ABŞ prezidentinin qızı İvanka Trampa bənzəmək üçün 34 yaşlı Sara Şmidt 9 plakstik cərrahiyyə əməliyyatına məruz qalıb. Onun sözlərinə görə, tam bənzərliyə nail olmaq üçün növbəti plastik cərrahiyyə əməliyyatlarını istisna etmir.

 Sara Şmidtin fikrincə, İvanka Tramp ideal qadın obrazıdır.

"İvanka çox gözəl, zərif, ağıllı qadındır. Onun vücudu, davranışı çox xoşuma gəlir. Onun bədənini bəyənirəm və ona bənzəmək istəyirəm. Burada pis nə var ki?" - Sara deyib.

ABŞ-ın Texas ştarının mərkəzi Şyustonda yaşayan Saranın sözlərinə görə, plastik cərrah Franklin Rouzun işindən çox razıdır.

 

Rouz isə İvanka Trampa bənzəmək istəyən qadınların sayında artım olduğunu deyib: "Artıq üç qadın yanıma gələrək "İvankaya bənzəmək istəyirik" deyiblər və əməliyyat olunublar".

7News.Az


Trampın qızına oxşamaq istəyir - 9 dəfə əməliyyat olundu - VİDEO - FOTO

Trampın qızına oxşamaq istəyir - 9 dəfə əməliyyat olundu - VİDEO - FOTO

Trampın qızına oxşamaq istəyir - 9 dəfə əməliyyat olundu

Xəbər lenti