Türk ordusu İraqın içərilərinə doğru irəlilədi

Türk ordusu İraqın içərilərinə doğru irəlilədi

Türkiyə ordusu PKK terror təşkilatına qarşı əməliyyat çərçivəsinə İraqın daxilinə doğru 25-28 kilometr irəliləyib.

7news.Az "Anadolu” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. 

Nazir İraqın şimalındakı terrorçuların bazasını arı pətəyi ilə müqayisə edib və bildirib ki, Türkiyə ordusu Xakurk, Avaşin-Basyan, Zap və Metina rayonlarında PKK terrorçuylarını tam məhv etmək gücündədir. 

"İraqın şimalındakı Qəndil dağında PKK-nın əsas qərargahı yerləşir. Biz İraqın şimalında terrorçuları tam məhv etməsək, Türkiyənin şərqində və cənub-şərqində təhlükəsizliyi təmin edə bilmərik”, - nazir bildirib. 

O qeyd edib ki, türk ordusunun İraqdakı əməliyyatlarını tənqid etmək yersizdir. 

7news.Az

Xəbər lenti