Türkiyə Ermənistandan gələn yük maşınları üçün sərhədi açmayıb - TƏKZİB

Türkiyə Ermənistandan gələn yük maşınları üçün sərhədi açmayıb - TƏKZİB

Ötən gün "Habertürk” portalı Türkiyənin Ermənistandan gələn yüzlərlə yük maşını üçün sərhədi açması barədə xəbər yaymışdı.

7News.Az "Moskva- Baku”ya istinadən xəbər verir ki, nəşr Trabzon limanından hər il Ermənistana məxsus 400 yük maşınının keçməsi barədə məlumat yayıb.

Bu icazənin Türkiyənin Gürcüstandakı səfirliyi tərəfindən verildiyi bildirilib.

Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həmid Karadəniz səfir Erkan Özala istinadən bu xəbəri təkzib edib.

"Bir sıra mətbuat orqanlarında Türkiyənin Ermənistandan gələn yük maşınları üçün sərhədi açması xəbəri həqiqəti əks etdirmir. Türkiyənin Gürcüstandakı səfirliyinin belə bir icazə verməsi müzakirə mövzusu ola bilməz”, - deyə Həmid Karadəniz vurğulayıb.

7News.Az

Xəbər lenti